Etibar Pirverdiyevdən doğma qardaşına daha bir zərbə - Vüqar Pirverdiyev kənarlaşdırıldı

img

08-01-2015 [11:22]


Bir neçə ildi "Şahdağ" klubunu himayə edən "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev qardaşı Vüqar Pirverdiyevi klubun idarəçiliyindən kənarlaşdırıb. Onun nəzarətindəki "Atlant" şirkəti də Qusar klubunu məliyyələşdirməkdən məhrum edilib.

Etibar Pirverdiyev qardaşını və onun şirkətini "Şahdağ"dan qovsa da, klubu əldən verməyib. Məlumata görə, "Azərenerji" rəhbəri özünün "Azenco" şirkətini kluba sponsor təyin edib. 

Vüqar Pirverdiyevin gedişindən sonra kluba nəzarət Ərəstun Niftiyevə tapşırılıb. Elə bütün problemlər də bundan sonra başlayıb. "Atlant"ın dövründə komandanın maaşları vaхtlı-vaхtında verilsə də, indi futbolçular normal məvacib də ala bilmir. Ərəstun Niftiyevin başı öz biznesinə qarışıb, kafe işlədir, başqa sahələrdən pul qazanır, "Azenco" maliyyəni vaхtında ödəmir. Futbolçular və məşqçilər isə dərdlərini deməyə adam tapmırlar(Piasport.az).

Yeri gəlmişkən, E.Pirverdiyevin xeyli müddətdir qardaşına məxsus olan şirkətləri "Azerenerji"nin layihələrindən də uzaqlaşdırıb. Hətta qardaşlar arasında maliyyə ilə bağlı kəskin mübahisələrin o zamandan yarandığı haqda da dövrü mətbuatda yazılar dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA