Deputatlar qış tətilinə getdilər

img

30-12-2014 [15:06]


Milli Məclisin payız sessiyasının son iclası başa çatıb.

Azvision.az xəbər verir ki, spiker Oqtay Əsədov çıxış edərək bildirib ki, 2014-cü il ərzində Milli Məclisin 21 iclası keçirilib və 286 qərar və qanun qəbul edilib.

Parlament sədri bildirib ki, bu il ərzində millət vəkilləri 50 yaxın ölkəyə 155 səfər ediblər:"Bu il 10 beynəlxalq tədbirə Azərbaycan ev sahibliyi edib. Bir çox beynəlxalq təşkilatları burada sadalamaq olar. Həmin tədbirlərə 1000 minə yaxın nümayəndə heyəti ölkəmizə gəlib. Öz işini müvəffəqiyyətlə həyata keçirib. Hörmətli millət vəkilləri hamınızın adından cənab prezidentimizi və ailəsini təbrik edirik. Milli Məclis adından möhtərəm prezidentə təbrik göndərilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA