Elmar Məmmədyarovdan cavab bəyanatı

img

04-01-2015 [14:35]


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ErmənistanXarici İşlər Nazirliyinin 3 yanvar tarixli bəyanatına cavab verib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı bildirilib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilib və Azərbaycanın əraziləri işğal olunub:
  
"Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA