"Bu gün, ya da sabah əfv sərəncamı imzalanacaq"

img

29-12-2014 [11:59]


"Artıq bütün işlər yekunlaşıb. Bu gün, ya da uzağı sabaha prezident İlham Əliyevin əfv sərəncamını imzalayacağını gözləyirik”.

Bunu Modern.az-a açıqlamasında hüquq müafiəçisi Novella Cəfəroğlu deyib.

O qeyd edib ki, həbsdəki şəxslər kimi onlar da əfv sərəncamının imzalanacağını böyük səbirsizliklə gözləyirlər.

Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sonuncu sərəncamı bu il oktyabrın 17-də imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib.

Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA