Peskov Aİ-nin rus qazından imtinasına belə şərh verdi: "Onlar daha çox itirəcək"

img

28-01-2026 [20:53]


"Avropa İttifaqının Rusiya təbii qazını tamamilə qadağan etməsi onlara daha çox zərər verəcək".

Mia.az xarici məbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin sualına cavabda deyib.

O, Avropa İttifaqının Rusiya təbii qazını tamamilə qadağan etmək planına belə şərh verib: "Bu, onların problemidir. Onlar daim qaz tədarükünün şaxələndirilməsi barədə danışırdılar, indi isə bizi deyil, əslində özlərini blokadaya salırlar. ABŞ qazı Rusiya qazından daha bahadır. Sözsüz ki, Avropa sənayesi bundan daha çox itirəcək".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA