Nərgiz Paşayeva “İlin rektoru” seçildi - FOTO

img

28-12-2014 [20:49]


Moskva Dövlət Universitetinin Bakı Filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim il münasibətilə tədbir keçirilib.

Mia.az-ın buro247.az-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının həyata keçirdiyi beynəlxalq sorğunun nəticələrinə müvafiq olaraq Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya "İlin rektoru" mükafatı təqdim edilib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovun sözlərinə görə, Assosiasiya hər ilin sonunda bir neçə strateji istiqamətlər üzrə Respublika və Beynəlxalq tipli sorğular təşkil edir: "Növbəti sorğumuz "İlin Rektoru"nun müəyyənləşdirilməsi ilə bağlı aparıldı. Azərbaycan, Rusiya, Ukrayna, Çexiya və Polşada yaşayan gənc soydaşlarımızın qatıldığı sorğuya 1 noyabr 2014-cü ildə start verdik. Sorğuya ölkəmizdə fəaliyyət göstərən 20 müxtəlif nüfuzlu Universitetlərin adları daxil edilmişdir. Təxminən 2 aya yaxın davam edən sorğuda bütövlükdə 4347 nəfər iştirak edib. Onlardan 3558 nəfər, yəni 82 %-i Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz xanım Paşayevanı "İlin Rektoru" mükafatına layiq gördülər."


Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva isə çıxışında ASGA İdarə heyətinə öz təşəkkürü bildirdi: "Bu bütövlükdə Universitetimizin müəllim və tələbə heyətinin uğurudur. Bu mənada mən sorğuda əziyyəti keçən hər kəsə təşəkkür edirəm."

Tədbirin gedişatında Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya "İlin rektoru" mükafatı təqdim edildi.




Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA