"İqtidar diqqəti yayındırmaqdan ötrü mətbuatı hədəf alır"

img

27-12-2014 [17:23]


"Hər dəfə saxta və biabırçı seçkilərdən sonra iqtidar diqqəti yayındırmaqdan ötrü mətbuatı hədəf alır". 

Bu sözləri Mia.az-a açıqlamasında AMİP funksioneri Əli Oruclu deyib. Onun sözlərinə görə, bu dəfə də eyni ssenari, eyni taktika baş verir:

"Onsuz da 23 dekabr 2014 "Bələdiyyə seçkiləri" komediyasından sonra hansısa jurnalistə, yaxud da KİV-ə hücum gözlənilən idi. Putindən ilhamlanan Azərbaycan iqtidarının bu dəfəki qurbanı "Azadlıq" radiosunun Bakı ofisi oldu. Ümumiyyətlə, diqqət yetirsəniz görərsiniz ki, son vaxtlar hakimiyyətin "Azadlıq" adına çox pis allergiyası tutur. Növbəti təhlükə daha bir "Azadlığ"a, bu adda qəzetə qarşı yarana bilər. Əslində, bu təhlükə çoxdandır ki, var. Amma indiyədək AZADLIĞI boğmağa sonacan nail ola bilən hakimiyyətlər barədə eşitməmişəm, nə də bunu görən olub. "Azadlıq" radiosu Baki ofisinin hakimiyyət tərəfindən möhürlənməsi azad mətbuta və müstəqil sözə, fikir plüralizminə qarşı vurulan möhür deməkdir. Azərbaycanın daha da tədric edilməsi, qapalı bir ölkəyə cevrilməsi cəhdləri açıq düşüncəli, çağdaş dünyaya ayıq gözlə baxan insanların maraqlarına əksdir. Eyni zamanda nə hakimiyyətin, nə də yönəltdiyi dövlətimizin beynəlxalq imicinə fayda gətirməz.

Amma bunla belə kimlərinsə müstəqil bir dövləti təqhir və təhdid dilində danışması da qınanılasıdır. Beynəlxalq hüquq normaları hər kəs üçün keçərlidir və bu normalara hörmətlə yanaşmaq vəzifəsindən, mövqeyindən və təmsil etdiyi dövlətindən asılı olmayaraq hamıya şamildir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA