Heydər Babayev üzə çıxdı – FOTO+VİDEO

img

26-12-2014 [16:55]


Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda gəzintiyə çıxıb.

AzVision.az-ın əldə etdiyi eksklüziv məlumata görə, sabiq nazir paytaxtın Nizami küçəsində, Fəvvarələr Meydanında görünüb. Vəzifədən getdikdən sonra mətbuata çıxmayan, ümumiyyətlə hər hansı bir tədbirdə, mərasimdə gözə görünməyən eks-nazirin ilk baxışdan xeyli dəyişdiyi hiss olunur.

İmicində dəyişiklik edən H.Babayevin yaşa dolduğu açıq-aydın sezilir.

Əməkdaşımız Heydər Babayevə yaxınlaşaraq həmsöhbət olmaq istəsə də o buna razı olmayıb.

Əldə etdiyimiz digər məlumata görə, H.Babayev tez-tez xaricə üz tutsa da qış mövsümündə Bakıda yaşamağa üstünlük verir. Eks-nazir qış mövsümündə paytaxtın "Tarqovı” kimi tanınan ərazisində yerləşən evində yaşayır.

Qeyd edək ki, Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olub. O 1980-cı ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetininbeynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlayıb. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən "Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən "Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib.

1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunub.

O, 2008-ci il 30 oktyabrda İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olununub.










Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA