AMİP-dən seçkiyə sərt etiraz - Bəyanat

img

24-12-2014 [18:58]


Dekabrın 23-də ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyası bəyanat verib. 

Bəyanatda deyilir: 

"Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycanda 23 dekabr 2014 –cü il keçirilmiş bələdiyyə seçkilərinə münasibət  bildirərək qeyd edir:

 -Ölkədə 4-cü dəfə keçirilmiş bələdiyyə seçkilərində  seçkiöncəsi fəallığın digər illərdəki seçkilərlə müqayisədə kəskin şəkildə aşağı olması,

- Yerlərdə əhali arasında nüfuzu olan insanların bu proseslərə qatılmaqdan imtina etməsi,

-  Qeydə alınmış namizədlərin təbliğat-təşviqat kompaniyasında demək olar ki, iştirak etməməsi ,

- Əhali ilə  bu istiqamətdə maarifləndirmə işinin yarıtmaz olması,

-Seçki günü əhalinin səsvermədə son dərəcə passivliyindən istifadə edərək  seçki bülletenlərin topa ilə qutulara atılması və   seçicilərin müxtəlif  məntəqələrdə təkrarən səs verməsi faktlarının mövcudluğu,

-Seçki dövründə yerli icra hakimiyyəti nümayəndələrinin proseslərə kobud müdaxiləsi və bir sıra digər pozuntular olmuşdur.

Bütün bunları nəzərə alaraq AMİP hesab edir ki,  23 dekabr 2014-cü il Bələdiyyə seşkilərinin   nəticələri  Azərbaycanda mühüm təsisat olan bələdiyyələrin  daha da  nüfuzdan düşməsinə,  insanların bələdiyyələrə olan münasibətinin daha da neqativ olmasına gətirib çıxara bilər və gələcəkdə bu qurumun mövcudluğunu  sual altında qoya bilər. 

Eyni zamanda Azərbaycanın öhdəlik götürüb təmsil olunduğu beynəxalq təşkilatların yanında insanların seçki hüququna müdaxilə kimi qiymətləndirilə bilər ki , bu da işğal altında olan ərazilərimizin geri qaytarılmasında ölkəmizi beynəlxalq dəstəkdən məhrum edə bilər". 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA