YAP-dan seçki açıqlaması - Əli Əhmədov

img

23-12-2014 [21:39]


"Yeni Azərbaycan Partiyası bugünkü bələdiyyə seçkilərində səsvermədə çox yaxından iştirak edib, bütün bələdiyyələrdə öz namizədini irəli sürüb. Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40 faizdən çoxu YAP-ın namizədi olub”.

Bunu YAP sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Seçkilərdə YAP-ın 16 760 nəfər namizədinin olduğunu deyən Ə. Əhmədov bildirib ki, bunlardan  4400 nəfəri partiya tərəfindən, 3356 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Bu, YAP  resursunun ölkədə nə qədər çox olmasından xəbər verir”.
 
Seçkilərin baş tutduğunu bildirən YAP sədr müavini deyib ki, partiya seçki nəticələrinə böyük ümid bəsləyir: "İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir”.
 
Ə. Əhmədov bildirib ki, seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib: "Müşahidəçilərimiz çox geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA