Sumqayıtda seçki saxtakarlığı - Partiya bəyanat yaydı

img

23-12-2014 [20:12]


Klassik Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhərində bələdiyyə seçkiləri ilə bağlı baş verən qanun pozuntuları haqqında bəyanat verib.

Partiyadan Mia.az-a daxil olan bəyanatdda deyilir: 

"İcra hakimiyyətinin əlavəsinə çevrilmiş bələdiyyələrin yerli idarəetmədən uzaq formal fəaliyyət göstərdiyi bir şəraitdə bələdiyyələrin hakimiyyət orqanlarının maraqları çərçivəsində formalaşması ənənəsi bu gündə davam edir.

Bələdiyyə seçkilərinin bu günə kimi bütün mərhələləri kobud qanun pozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilir. Demokratik tələblərdən uzaq seçki qanunvericiliyi, qanun pozuntuları ilə formalaşdırılmış seçki əraziləri, hakimiyyətin tam nəzarətində olan seçki komissiyaları, gerçəklikdən çox-çox uzaq seçici siyahıları və qeyri-demokratik seçkiqabağı mühit şəraitində namizədlərin verilməsi və qeydə alınması kimi seçkiqabağı təşviqat mərhələsidə kütləvi qanun pozuntuları şəraitində reallaşır.

Sumqayıt şəhərində KXCP üzvlərinin seçicilərlə görüş üçün  DSK-ya birinci müraciətlərinə müsbət cavab verilsə də, Nizami adına  klubun qapıları görüşə gələn bələdiyyə namizədlərinin və yüzlərlə seçicinin üzünə bağlanmışdır. Namizədlərin DSK və əlaqədar təşkilatlara dəfələrlə müraciətlərinə baxmayaraq klubun qapıları açılmamış, əksinə, görüş yerinə gətirilən polislər görüş təşəbbüsçülərinə təzyiqlər etmişlər.

 Qeydiyyatdan keçmiş namizədlər ikinci dəfə müraciət edərək "İnşaatçılar” stadionunda seçicilərlə görüş keçirilməsinə şərait yaradılmasını xahiş etsələr də, DSK yetkililəri müraciətə heç bir cavab verməyərək seçicilərlə görüşə şərait yaratmamışlar.

Baş verən qanunsuzluqlar göstərir ki, Sumqayıtda icra hakimiyyətinin əlavəsinə çevrilmiş seçki komissiyaları seçki prosesinə rəhbərlik etməkdən və seçki  qanunlarını icra etməkdən çox-çox uzaqdır. Mərkəzi Seçki Komissiyasının və yüksək hakimiyyət orqanlarının  azad və ədalətli seçki
ilə bağlı bəyanatları bu gün Sumqayıtda söz olaraq qalır.

KXCP Sumqayıtda bələdiyyə seçkiləri ilə bağlı baş verən kütləvi qanunsuzluqları seçkilərin total saxtalaşdırılmasına hazırlıq kimi qiymətləndirərək hakimiyyət orqanlarından bu günə kimi baş verən kütləvi qanun pozuntularını aradan qaldırmağı, qanun pozan vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməsini, azad və ədalətli seçki keçirilməsi üçün demokratik şərait yaradılmasını tələb edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA