Müsavat bəyanat verdi, dava olan məntəqədə də qanun pozulub

img

23-12-2014 [14:31]


Müsavat Partiyası bələdiyyə seçkiləriylə bağlı məlumat yayıb. 

Həmin məlimatı diqqətinizə təqdim edirik:

Yasamal rayonu ərazisindəki 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində foto-video müşahidə aparan jurnalistlər məntəqə seçki komissiyasının üzvləri tərəfindən kobudluqla seçki məntəqəsindən uzaqlaşdırılıblar.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, seçki qutularına topa bülletenlər atılır. Saat 12.00-dək artıq 250 nəfərin səs verdiyi rəsmiləşdirilib. Faktiki iştirak isə 37 nəfərdir. 

9 saylı Binəqədi ikinci seçki dairəsinin 14 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, müşahidəçilərin seçkini müşahidə etməsinə imkan verilmir. 

9 saylı Binəqədi ikinci seçki dairəsinin 16 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Elman Fəttahın verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri "Yeni Müsavat” qəzetinin müxbiri Cavanşir Abbaslını və bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanı seçkini müşahidə hüquqları olmadığı əsası ilə seçki məntəqəsində kənarlaşdırıb. 

47 saylı Mingəçevir seçki dairəsinin 1, 2, 4, 5, 7 və 8 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, seçicilərə məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan topa bülletenlər verilir və onlardan bu bülletenləri seçki qutularına salınması tələb olunur. Seçicilər də bu işi həyata keçirirlər. Məntəqə seçki komissiyasının sədrinə bu barədə edilən xəbərdarlığa heç bir əhəmiyyət verilmir.

47 saylı Mingəçevir seçki dairəsinin 21 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, Mingəçevir şəhərində fəaliyyət göstərən bütün dövlət təşkilatlarının işçiləri qeydiyyatda olub-olmamalarından asılı olmayaraq məhz bu məntəqədə səs verməyə məcbur edilir. Nəticədə Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA