18-12-2014 [19:35]
Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri Əli Kərimliyə barışıq çağırışı edib. O, tərəfləri öz aralarındakı söz atışmasına son qoymağa çağırıb.
Modern.az saytı ayrı-ayrılıqda tərəflərə müraciət edərək Hacı İlqar İbrahimoğlunun müraciətinə münasibət öyrənib.
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Modern.az-a açıqlamasında tanınmış ilahiyyatçının müraciətinə belə reaksiya verib:
"Bu münaqişədə mən heç zaman birinci olaraq kimisə təhqir edib və aşağılamamışam. Hər zaman Əli Kərimli və onun tərəfdarları mənə qarşı təhqirlərə yol veriblər. Proses bu dəfə də belə başlayıb və indi də o cür davam edir. Sadəcə olaraq, mən təhqir və söyüşlərə cavab verərəkən belə, çalışıram ki, qırmızı xətti keçməyim. Kimsənin yaxınlarına, çevrəsinə, ailə üzvlərinə toxunula biləcək ifadələr işlətməyim. Amma çox təəssüf ki, qarşı tərəf hər dəfə tam əksinə, mənim özümü kənara buraxaraq, yaşlı valideynlərimə, ailə üzvlərimə dil uzadırlar. Ona görə də Hacı İlqar İbrahimoğlunun müraciəti daha çox qarşı tərəfə, söyüş söyənlərə aiddir.
Hacı İlqarın həmin müraciətində mənə aid ola biləcək yalnız bir punkt var. O da "Azadlıq” qəzetinin məhkəməyə verilməsi ilə bağlıdır. Mən Hacı İlqar İbrahimoğlunun müraciətindən sonra yalnız bir şey edə bilərəm: gələn həftə, yaxud daha sonrakı günlərdə "Azadlıq” qəzeti ilə bağlı Yasamal rayon Məhkəməsinə etdiyim müraciəti geri çəkə bilərəm. Hələ ki, bu proses baş verməyib. Qarşı tərəfin Hacı İlqar İbrahimoğlunun müraciətinə münasibətindən asılı olaraq mən də öz addımlarımı müəyyən edəcəyəm”.
"AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Hacı İlqarın müraciəti ilə bağlı dəqiq məlumatının olmadığını deyib: "Bu müraciətlə bağlı hələlik məndə dəqiq məlumat yoxdur. Ancaq onu qeyd edə bilərəm ki, yaranmış gərginliyin səbəbkarı Əli Kərimli deyil. Əli Kərimli bu prosesdə tərəf kimi heç vaxt iştirak etməyib. Bir dəfə də olsun Əli Kərimli Rauf Arifoğlu ilə bağlı hər hansı fikir bildirməyib. Sadəcə olaraq, Əli Kərimliyə qarşı "Yeni Müsavat” qəzeti hər gün təhqir dolu materiallar çap edir. Hətta iş o yerə çatıb ki, Xalq Cəbhəsi Partiyasının üzvləri məhkəməyə verilməklə hədələnir. Eyni zamanda, bildiyiniz kimi, "Azadlıq” qəzeti məhkəməyə verilib. Ona görə də Hacı İlqar daha yaxşı olardı ki, bu məsələdə Rauf Arifoğlunun tutduğu mövqedən geri çəkilməsinə nail olsun. Çünki bütün prosesi başlayan odur, "qara piar” kampaniyasını aparan Rauf Arifoğludur. Cəbhəçilər yalnız cavab verirlər. Hacı İlqarın müraciəti bir növ ATƏT həmsədrlərinin Ermənistan və Azərbaycan tərəfini sülhə çağırışına bənzəyir. Bu konfliktdə də birtərəfli qaydada "Yeni Müsavat” qəzeti Xalq Cəbhəsi və onun sədrini hədəf seçib. Hesab edirik ki, bu, təkcə Rauf Arifoğlunun təşəbbüsü deyil. Sadəcə olaraq, hakimiyyətin sifarişi ilə hədəf seçiblər. Hakimiyyətin leksikonu ilə Xalq Cəbhəsi və onun lideri təhqir olunur. Ona görə də Hacı İlqar ilk növbədə Rauf Arifoğluna təsir göstərməlidir”.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək