Həbsdəki iki jurnalist əfv ərizəsi yazıb

img

22-12-2014 [19:01]


"Ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm”

Bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Yeni ildə əfv olunacaq jurnalistlər haqda fikirlərini bölüşərkən dedi. Deputatın sözlərinə görə, həbsdə olan iki jurnalist – Əvəz Zeynallı və Pərviz Həşimli əfv oluna bilər:

"Məndə olan məlumata görə, barəsində hökm oxunmuş hər iki jurnalist cənab prezidentə əfv olunmaları üçün müraciət edib. Biz də hüquq müdafiəçiləri olaraq arzu edirik ki, onlar azadlığa buraxılsın. Təbii ki, bu, cənab İlham Əliyevin iradəsinə aid olan qərardır. Lakin onu da qeyd edim ki, ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm”.

Bildirək ki, hazırda həbsdə bir neçə jurnalist olsa da, onlardan yalnız ikisi – "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və "Moderator.az” saytının rəhbəri Pərviz Həşimli barəsində məhkəmə qərarı hüquqi qüvvəyə mindiyindən, yalnız onların əfvə düşmək ehtimalı var.

"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ildən, "Bizim yol” qəzetinin əməkdaşı və "Moderator.az” saytının rəhbəri Pərviz Həşimli isə 2013-cü ildən həbsdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA