Əliməmməd Nuriyevin vurulduğu an - Video

img

18-12-2014 [15:00]


Xəbər verdiyimiz kimi, ötən gün keçmiş millət vəkili Əliməmməd Nuriyev Neftçilər prospektində ağır qəzaya düşüb.

Mia.az xəbər verir ki, azxeber.com-a qəzanın videogörüntüsünü əldə edib. Ə.Nuriyevin avtomobilinin arxasınca hərəkətdə olan avtomobilin videoregistratoru tərəfindən lentə alınan görüntülərdə qəzanın baş vermə səbəbləri açıq-aşkar görünür. Belə ki, görüntülərdə Əliməmməd Nuriyevin idarə etdiyi "Mitsubişi Pajero” markalı avtomobil "Azadlıq” meydanına çatarkən 4-cü zolaqdan 1-ci zolağa, yəni, sola dönmə əməliyyatı etməyə çalışır. Hansı ki, həmin yolda yalnız birinci və ikinci zolaqlardan sola dönməyə icazə verilir. Bu zaman onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan «BMV» markalı avtomobil Ə.Nuriyevin avtomobili ilə toqquşur. Nəticədə "Pajero” markalı avtomobil aşır. Görüntülərdə yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputatın tərsinə çevrilmiş avtomobildən çıxarıldığı görünür.

Xatırladaq ki, qəza ötən gün günorta saatlarında baş verib. Qəza nəticəsində Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb. Sözügedən görüntüləri təqdim edirik.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA