Hafiz Hacıyev:"Elza xanım, millət vəkilini icra başçıları seçmir" - REAKSİYA

img

22-12-2014 [16:58]


"Bütün millət vəkilləri tarixçi, hüquqşünas olmayacaq ki". Bu sözləri XeberLent.az informasiya agentliyinə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müğənni Elza Seyidcahanın "İcra başçıları mənə millət vəkili olmağı təklif edirlər” sözlərinə açıqlama verərkən bildirib: "Elza Seyidcahan Azərbaycanın tanınmış, professional müğənnilərindən biridir. Onun millət vəkili olmasında heç bir maneə və xoşagəlməz bir şey görmürəm. Amma Elza xanıma bir şeyi xatırlatmaq istəyirəm ki, Millət vəkilini icra başçıları seçmir. O, xalqa, seçicilərinə güvənsin, namizədliyini irəli sürsün. Məsləhət görərdim namizədliyini irəli sürsün. Düşünürəm ki seçilməsi mümkündür.
Milli Məclisdə millət vəkillərinin müxtəlifliyi labüddür. Rəngarənglik hər zaman müsbət nəticələr verir. Bütün millət vəkilləri tarixçi, hüquqşünas olmayacaq ki. Elza xanımın millət vəkili kimi fəaliyyətinin musiqimizin, incəsənətimizin inkişafına töhfə verəcəyinə inanıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA