"Azərbaycanda əfv də hakimiyyətin korporativ maraqlarına xidmət edir"-açıqlama

img

20-12-2014 [22:31]


"Əfv cəmiyyətdə konsensus yaratmaq, qanunla problemi olan, lakin obyektiv və subyektiv səbəblərdən bağışlanması mümkün olan məhbusları bağışlamaq vəsitəsidir". 

Bu fikirləri gözlənilən əfv fərmanı ilə bağlı Mia.az-a açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmədli səsləndirib. N.Məmmədli deyib ki, azad olunan hər bir vətəndaşımız üçün sevinməyimiz təbiidir. "İnsanlar öz ailəsinə qovuşur, xeyirxahlıq islah olunmaya kömək edir. Təəssüf ki, uzun illər ərzində Azərbaycanda bu hummanist addım da hakimiyyətin korporativ maraqlarına xidmət edir. Bu aksiya adətən heç bir cinayət törətməyən, siyasi sifariş əsasında həbs olunan insanlara çox az hallarda şamil olunur. Bunun üçün isə, mütəhhimin törətmədiyi cinayəti etiraf edib, əfv diləməsi zəruri şərtə çevrilir. Bununla da qanun subyektiv iradəyə tabe edilir. Arzu edirəm ki, heç olmasa, bu dəfə obyektiv kriteriyalar əsas götürülsün, əfv cəmiyyətin konsensuna xidmət etsin"- deyə AXCP yetkilisi bildirib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA