Yaşar Cəlilov planlarını açıqlayıb

img

22-12-2014 [10:26]



Bu ilin xarizmatik və yaraşıqlı kişi müğənnisi adı verilən Yaşar Cəlilov gələn ilin planlarını açıqlayıb. 

Mia.az-ın məlumatına  görə, o, 2015-ci ilin əvvəllərində yeni albomu, yenilənmiş saytı, yeni klipi və mahnısını təqdim edəcək.

Hazırda müğənni üçüncü albomu üçün mahnılar üzərində çalışır. Musiqi toplusunda yer alacaq kompozisiyalardan biri isə yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək. Musiqisi Tərlan Məmmədhüseynov, sözləri Altay Yaşara məxsus olan mahnı "Ya bir olaq, ya iki” adlanır. Kompozisiya hazırda aranjeman edilir.

 Y. Cəlilov albomu və saytı üçün fərqli və maraqlı fotosessiya etdirib. Layihənin prodüseri Vüsalə Kərimova, meneceri Natiq Cananlı, fotoqrafı Eldəniz Bədəlov, stilisti Elnur Həsənovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR