"Gürcüstan XİN-nə nota vermək olar" - Deputat

img

21-12-2014 [14:06]


"Azərbaycan Xarici İşlər Nazirliyi "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması məsələsinə ciddi yanaşmalıdır". 

Mia.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O, "Facebook"da yazdığı statusda bildirib ki, bu işin pərdə arxasında Gürcüstanın maraqlarını düşünən insanlar durmur: 

"Çünki Zəlimxan bəyin fəaliyyəti bu iki toplumun bir-birinə yaxınlaşmasına, azərbaycanlıların Gürcüstan dövlətinin inkişafında fəal rol almasına yönəlmişdir. Bu məsələ ilə bağlı Gürcüstan XİN-nə nota da vermək olar. Kimlərsə oradakı həmvətənlərimizlə ictimai əlaqələr yaradan fədakar insanları təcrid etmək niyyəti güdür və bunun ardınca daha arzuolunmaz addımlar ata bilərlər. Düşündürücüdür ki, bütün erməni separatçılarına Gürcüstanda rəsmi dairələr tərəfindən tam fəaliyyət sərbəstliyi verilmişdir. Zəlimxan Məmmədlinin Gürcüstana sərbəst gedib-gəlməsi təmin olunana qədər dəstəyimizi əsirgəməməliyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA