Adı həbs dosyesində hallanan Tənzilə Rüstəmxanlı danışdı

img

17-12-2014 [20:49]


"O köhnə işdir. Bu yeni bir şey deyil. "Ergenekon” məsələsi ilə bağlıdır. Bu məsələlər də onun içərisindədir. 2007-ci ildən bizim adımız orda var. Niyə? Çünki Fətulla Gülən camaatına qarşı olan kim var idisə, adları iddianaməyə salınmışdı. Azərbaycanda Fətulla Gülənə qarşı ən çox mübarizə aparan mən idim. Buna görə, adım o işdə keçir. Zəkəriyyə Özün hazırladığı iddianamədir”.

Bu sözləri Tənzilə Rüstəmxanlı adının Səidi Nursinin "nurçular” təriqətinin bir qolu olan, ancaq sonradan radikal vəhhabiliyə meyl etdiyi deyilən "Tahşiyeciler” ” işinin istintaqında keçməsi ilə bağlı verdiyi açıqlamasında söyləyib. O bildirib ki, bu işlə bağlılığı yoxdur.

"Telefonlarınızın dinlənilməsi ilə bağlı məlumat haqqında nə deyə bilərsiniz? Bu barədə məlumatlısınızmı?”

"Bu barədə məlumatım yoxdur. Buna təhlükəszilik orqanları cavab versin. Görünür, işbirliyində olublar. Bu məni narahat etmir. Hər zaman Gülən camaatına qarşı mübarizə aparmışam və bu gün də bu mövqeyimdəyəm”.

- Adınızın Gülənçilərlə bağlı hallandırılmasına münasibətiniz barədə nə deyə bilərsiniz?

- Mənim adım Gülənçilərlə birlikdə səsləndirilə bilməz(azxeber.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA