Günel Sərdarqızı təşkilatçı və prodüser kimi fəaliyyətə başladı - Açıqlama

img

15-12-2014 [10:17]


Bəstəkar və söz yazarı Günel Sərdarqızı təşkilatçı və prodüser kimi də fəaliyyətini genişləndirib. 

O, bəstə və söz daxil olmaqla mahnının oranjemanı, yüksək səviyyəli klip çəkilişləri, konsert və televiziya layihələrinin həyata keçirilməsinə xidmət edən prodakşının rəhbərlərindən biridir. 

MG adlanan prodakşında G.Sərdarqızının tərəfdaşı Türkiyəli rejissor və bəstəkarın meneceri Mustafa Sarıkayadır. 

O, Mia.az-a bildirib ki, bu prodakşn Türkiyə ilə bir neçə ildir davam edən əməkdaşlığın bəhrəsidir: 

"Artıq konsert və layihələrimi öz prodakşınımın adı altında həyata keçirəcəyəm. Bunu hər dəfə fərqli ad altında etmək düzgün deyil. İndiyədək  layihələrim həmişə fərqli şirkət  və kompaniyaların  adı altında həyata keçib.  Nəticədə iş şaxələnirdi və başqasının adına çıxılırdı. Allah hamının canını sağ eləsin, amma artıq öz şirkətimlə işləmək istəyirəm. Prodakşına aid layihələr Türkiyədə həyata keçəcək”. 

G. Sərdarqızı əlavə etdi ki, indiyədək M.Sarıkaya ilə reallaşdırdığı layihələr sırasına Türkiyəli müğənnilər  Özcan Deniz və Mahsun Kırmızıgülün Yaşıl Teatrda, Fərhad Göçerin Heydər Əliyev Sarayında, eləcə də Bengü, Hadisənin Bakıda təşkil edilən son konsertləri, bir çox reklam rolikləri, eləcə də sevilən müğənni Elnarə Xəlilovanın "Gentleman”, "Ha ha”, son günlərin ən çox dinlənilən və izlənilən "Dayan” mahnısına çəkilən kliplər, İradə İbrahimovanın "Bu aralar” mahnısının ekran versiyası və s. işlər  daxildir. 

Qeyd edək ki, M. Sarıkaya Türkiyədə Tarkan, Kenan Doğulu, Sertap Erener, Demet Akalın, Sıla, Murat Boz, Hadisə  kimi məşhur müğənnilərlə çalışır. O, həmçinin Sting, Ricky Martin, Spice girls, Black ice peace, Farel Uillams, PSY, Lady Gaganın  Türkiyədəki konsertlərinin  rejissoru olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR