Müsavatın mitinqinə başqanlığa namizəddən aşağılayıcı cavab - Açıqlama

img

14-12-2014 [15:50]


Müsavat Partiyasında başqanlığa namizəd olmuş Səxavət Əlisoy bu gün partiyanın keçirdiyi mitinqdən əvvəl maraqlı açıqlama yayıb. 

Mia.az xəbər verir ki, o, Facebook-da belə bir status paylaşıb: 

"Bu gün Məhsul stadionunda saxtakar başqan Hacılının "siyasi məhbuslara dəstək" pərdəsi altında inoqurasiya-üzəçıxartma mərasimi keçiriləcək. Siyasi məhbuslaa gerçəkdən dəstək verən sanballı bir Dəyirmi Masa təşkil edib, ölkənin ciddi siyasi təşkilatlarını və əcnəbi diplomat korpusunu bir araya gətirərdi. 

Bunu etməyə saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir və problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir. 

Bu zehniyyət sahibləri qurultaydan sonra Səbayel rayonu üçün Feysbukda saxta sədr seçkisi keçirdi, İkram İsrafilin oğlu üçün məlum biabırçı bir bəyanata imza atdı və bu gün ÜZƏÇIXARTMA mərasimi düzənləyiblər. Sabah daha kaloritli saxtakarlıq şoularının şahidi olacaqsınız, inşallah".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA