"Azərbaycan yığmasında oynamaq istəmirəm" - FUTBOLÇU

img

13-12-2014 [13:52]


"Zenit" klubunun futbolçusu Ramil Şeydayev yığmadakı gələcək karyerası haqda danışıb.

Qol.Az-ın "Sportsdaily.ru" saytına istinadən verdiyi məlumata görə, gənc futbolçu yaxın gələcəkdə Azərbaycan millisində yox, Rusiya yığmasında oynamaq istədiyini bildirib:

"Azərbaycan millisindən təklif almışam. Ancaq heç bir danışığım olmayıb. Hazırda bütün fikirlərim Rusiya ilə bağlıdır. Azərbaycan yığmasına hörmətlə yanaşıram. Ora atamın doğma vətənidir. Ancaq mən Rusiya millisində oynamaq istəyirəm. Nə qədər lazımdırsa, iki və ya üç il Fabio Kapellonun təklifini gözləyəcəm".

Qeyd edək ki, Rusiyanın U-21 yığmasının üzvü olan Ramil Şeydayevin qarşıdakı illərdə Azərbaycan millisində oynaya biləcəyi iddia olunur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA