Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

img

12-12-2014 [18:07]


Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 28 noyabr və 6 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

MSK-dan Mia.az-a daxil olan məlumata görə, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin "exit-poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxıldı. MSK üzvlərinin müzakirəsindən sonra sözügedən təşkilatın "exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olundu.

MSK-nın iclasında bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətə də baxıldı. Komissiya tərəfindən aparılan müzakirədən sonra müraciətlə bağlı müvafiq dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılmasına və müraciətin təmin edilməməsinə qərar verildi.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
İclasda cari məsələlərə də baxıldı.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA