Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-01-2022 [00:03]
Qoç - yaxşı ideyalarınız çoxdur, amma onların reallaşması üçün yetərincə səy göstərmirsiniz. Belə davam edərsə, fikirlərinizdən istedadı az, qətiyyəti və baş verənlərə praktiki baxmaq bacarığı çox olan insan yararlanacaq. Yaşlı qohumlarla ünsiyyətdə problemlər yarana bilər. İndiyədək sakit formada olan anlaşılmazlıqlar sərtləşə bilər.
Səfər və ya səyahətdən, nəqliyyat vasitəsi almaq ideyasından imtina edin. Kiçik maliyyə itkiləri ola bilər. Alacağınız pulların ödənilməsində gecikmələr var.
Buğa - təxəyyül və fantaziya sizi ağır səhvlərə yol verməyə sürükləyə bilər. Xəyallar aləminə dalmazdan əvvəl daha etibarlı və faydalı iş görməyə çalışın. Aldığınız məlumatları diqqətlə yoxlayın. Kiminsə sizi bilərəkdən yanıltmağa can atması istisna deyil.
Peşəkar fəaliyyət müstəvisində ciddi məsələlərin həlli üçün əlverişli gün deyil. Situasiyanı aydınlaşdırmağa çalışanda daha da çaş-baş qalacaqsınız. Şəxsi münasibətlər müstəvisində vəziyyət fərqlidir. Çətinliklərin öhdəsindən gələcəksiniz.
Əkizlər - emosional fon stabil deyil. Nikbinlik və ruh yüksəkliyini itirməyin. Kiçik məsələlərə görə qıcıqlanmayın. Bu günün ən mühüm məqamlarından biri puldur. Maliyyə perspektivləri dumanlıdır. Bunu anlayın və izafi xərclərə yol verməyin.
Məntiqli, soyuqqanlı davranın.
Hansı işi görəcəyinizi müəyyənləşdirin, sonra fəaliyyətə başlayın. Əvvəlcədən planlaşdırılmayan, yaxşı təşkil olunmayan səfərlərə yollanmayın. Dövlət qurumlarına baş çəkmək, məmurlarla ünsiyyət üçün yaxşı gün deyil.
Xərçəng - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və əzmkar olun. İstənilən tanışlıqda fayda var. Bir zamanlar yardım etdiyiniz insanlarla təmaslardan indi yetərincə fayda əldə bilərsiniz. Anlaşmalar, alış-veriş üçün əlverişli zamandır.
Qəbul etdiyiniz qərarlar orijinaldır və ətrafınızdakı insanları təəccübləndirir. Narahat olmayın, uğur qazanacaqsınız. Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Bu, səhhətinizə və əhvalınıza müsbət təsir edəcək.
Sintetik materiallardan hazırlanmış paltar, bijuteriya almayın.
Şir - bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğurlar əldə etmək, karyera pilləkənində yüksəlmək şanslarınız var. Müttəfiq və həmfikirləri asanlıqla tapacaqlar. Onların çoxu maddi məsələləri arxa plana ataraq ideyanı ön plana çəkirlər. Hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Önəmli sənədləri imzalamaq olar.
Yaxınlarınızla münasibətlərdə süni çətinliklər və sədlər yaratmayın. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı insanlar bunun səbəblərini anlamırlar. Qəfil təkliflər alacaqsınız. Onların bəziləri ilə düşünmədən razılaşmaq olar.
Qız - sakit və rəvan gündür. Artıq mənasız hərəkətlər etməyin, maraqlarınızın təminatını ön plana çəkin.
Yaşam arealında rekonstruktiv prosedurların aparılması effektiv nəticələr verə bilər.
Bilik və bacarıqların artırılması, uzunmüddətli planlaşdırma, mürəkkəb intellektual fəaliyyət üçün əlverişli zaman deyil. Malik olduğunuz informasiyanı təhlil etməkdə çətinlik çəkəcəksiniz. Nəticələrinizin bəziləri yanlış ola bilər.
Günün ikinci yarısı problemləri yaşlı qohumlarla müzakirə etmək üçün yaxşı zamandır. Real yardım alacaqsınız.
Tərəzi - uğur vəd edən gündür. Böyük səy göstərmədən əla nəticələr əldə edə bilərsiniz. Aktiv olun, qətiyyət və əzmlə çalışın. Rəqibləri geridə qoymaq, bədxahları üstələmək üçün bütün imkanlardan, potensialınızdan faydalanın. Əvvəllər kəsdiyiniz münasibətləri bərpa etmək, ünsiyyətinizdə çətinliklərin yaşandığı insanlarla dil tapmaq şansınız var.
Maliyyə və əmlak məsələləri ilə bağlı mübahisələri aradan qaldırın. Kompromiss həll tapın. Ev üçün qeyri-adi əşyalar, o cümldən ekzotik interyer detalları ala bilərsiniz.
Günün ikinci yarısında gəlir olacaq.
Əqrəb - işgüzar aktivliyiniz yüksək olsun. Məhsuldar çalışın, yaxın ətrafınızdakı insanların da tənbəllik etmələrinə imkan verməyin. İstənilən işə başlayaraq onu yaxşı nəticələlərlə bitirə bilərsiniz. Daha çox hərəkət edin. Enerjili, nikbin davranın.
Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Rəqabət mübarizəsi kəskinləşir. Rəqabət elementləri hətta ailə münasibətlərinə də sirayət edir. İnsanların sizə qarşı ədalətsiz olduqlarını düşünsəniz, bir neçə münaqişənin əsasını qoya bilərsiniz.
Müdrik olun, hər xırda və əhəmiyyətsiz məsələni faciəyə çevirməyin.
Oxatan - əlverişli gündür. Ən müxtəlif tapşırıq və işlərin öhdəsindən gələ biləcəksiniz. Aldığınız pulu məntiqlə xərcləyin. Səyahətə yollanmaq olar. Səfər yaxşı nəticə verəcək.
Nüfuzlu insanlarla ünsiyyət üçün yaxşı gündür. Onlarda xoş təəssürat yaradacaqsınız. Yardım və dəstək almağınız da istisna deyil. Yaşamınızda konkret dəyişikliklər etmək imkanları, yeni perspektivlər yaranır. Rəğbət bəslədiyiniz insanla təmaslarda diqqətli və həssas olun.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - praktik olun. Yaşam enerjisinin bir damlasını, pullarınızın bir qəpiyini, vaxtınızın bir dəqiqəsini də boşuna xərcləməyin. Məhz olmalı olduğunuz yerdə vaxtında olun. Yaranan imkanlar və şansları əldən verməyin. Uğurlarınıza görə şəraitə və situasiyaya minnətdar olduğunuzu düşünməyin.
İntuisiyanı unutmayın.
Günün ikinci yarısında bədbin olmayın. Həttə ən yaxın saydığınız insanlara qarşı ifrat irad və iddialarla çıxış etməyin.
Soyuqqanlı olun.
Dolça - təmkinli, soyuqqanlı olun. Emosiyaların əsarətinə düşsəniz, bütün işlərdə problemlər yaranacaq. Yaxşı heç nə gözləmədiyiniz insanlardan biri sizə yardım edəcək. Nüfuzlu düşmən qazanmaq istəmirsinizsə, aldığınız yardıma görə minnətdarlıq edin.
Səfərlərdə ehtiyatlı olun. Problemlər, o cümlədən ciddi çətinliklər ola bilər.
Yaxınlarınızla münasibətlərdə gərginlik yaratmayın. Belə situasiya varsa, səbəbi tapın və problemi çözün.
Özünütənqidi unutmayın.
Balıqlar - xərc və məsrəflərin çox olduğu gündür. Pulları düşünmədən xərcləsəniz, çox ağır vəziyyətə düşə bilərsiniz. Ağıllı, soyuqqanlı, məntiqli olun. İşin öhdəsindən pis gəlməsəniz də, bunu həmkarlar və tərəfdaşlar sanki görmək istəmirlər. Bundan inciməyin, bədbinləşməyin. Düşünülməmiş addımlar, sərt ifadələrə yol verməyin. Diqqət mərkəzində olacaqsınız.
Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. İntuisiyanız güclüdür və sizi məqsədə doğru aparır. Bunu anlayın, müqavimət göstərməyin. Dəyərli və xoş hədiyyələr ola bilər.
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat