"Qarabağ" udsa, hamıya qonaqlıq verəcəm" - Aqil Abbas

img

11-12-2014 [18:05]


"Qarabağ” bu oyunda qalib gələcək və növbəti tura yüksələcək”. 

Bunu AzVision.az-a açıqlamasında deputat Aqil Abbas deyib. 

"Türkiyə yığmasının və "Qarabağ” klubunun oyunlarına sakit baxa bilmirəm. Bu oyunları izləyəndə çox həyəcanlanıram. "Qarabağ”ın Hollandiyanın "Tvente” klubu ilə oyununa baxan zaman həyəcandan ürəyim getmişdi. Amma Azərbaycan yığmasının oyununa məmuniyyətlə baxa bilirəm. Çünki bilirəm ki, uduzacaqlar və həyəcanlanmıram”.

A.Abbas qeyd edib ki, "Qarabağ” bu oyunda qalib gəlsə, hamıya qonaqlıq verəcək.

"Bu futboldur və hər bir nəticə ola bilər. Klubumuz qrupda 5 xal topladı. "Dnepr” və "Sent-Etyen” klubu ilə səfər oyunlarında öz sözünü dedi. "Qarabağ” klubu Avropaya adını yazdırıb. Əminliklə deyirəm ki, bu oyunda qalib gələcəyik. "Qarabağ” "İnter”ə qalib gəlsə, hamıya qonaqlıq verəcəyəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA