PA-da müxalifətlə görüş olacaq

img

11-12-2014 [11:47]


KXCP, ADP, ALDP və AXP rəhbərləri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək

KXCP sədri Mirmahmud Mirəlioğlu qafqazinfo-ya açıqlamasında görüş üçün razılıq verildiyini bildirib: "Görüş olacaq və nəticə haqda da məlumat veriləcək”.

M.Mirəlioğlu görüşün vaxtını və digər detalları açıqlamaq istəməyib: "İnşallah, görüş baş tutduqdan sonra məlumat verəcəyik”.

ADP sədri Sərdar Cəlaloğlu da bildirib ki, görüş yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, müxalifət partiyaları bir ay öncə görüş üçün Prezident Administrasiyasının şöbə müdirinə müraciət etmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA