Qubad İbadoğlu gələcək planlarından danışdı

img

10-12-2014 [12:11]


Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu tərəfdarları ilə birgə yaratdıqları "Azərbaycan Demokratiya və Rifah”ın (ADR) gələcək planları barəsində Hafta.az-a açıqlama verib. Q. İbadoğlu bildirib ki, hazırda  ADR-lə bağlı ciddi fəaliyyətdədirlər:

"Hazırda Təsis Yığıncağının çağırılması məqsədilə təşkilat komitəsini formalaşdırırıq. Təsis yığıncağı ilə bağlı qərarı isə təşkilat komitəsi verəcək. Təşəbbüs qrupu hərəkatın nizamnaməsini və fəaliyyət proqramı üzərində işləyir. Planlaşdırırıq  ki, təsis yığıncağına, tələb olunan sənədlər paketi ilə gedək.  Həmin sənədləri də qəbul edəndən sonra fəaliyyətimizi proqram əsasında davam etdirək”.

Q.İbadoğlu hərəkatın ofisi ilə bağlı söylənilənlərə də aydınlıq gətirib:

"Bəli, ofis də olacaq. Hərəkat təsis yığıncağı keçirdikdən sonra ofis axtaracağıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA