Mançini "Qarabağ"a meydan oxudu

img

10-12-2014 [21:30]


"Hansı heyətlə oynamağımızın fərqi yoxdur. Bakıya qələbə qazanmağa gəlmişik".

Bu sözləri "İnter"in baş məşqçisi Roberto Mançini deyib.

Sabah "Qarabağ"la qarşılaşacaq "İnter"in çalışdırıcısı bu gün Bakıda mətbuat konfransı keçirib. İtalyan mütəxəssis bildirib ki, Bakıda qələbə üçün oynayacaqlar: "Biz bütün komandanı gətirmişik. Hətta qapıçılar da gəlib. Biz bura qələbə qazanmağa gəlmişik. Bizim gətirmədiyimiz oyunçuların 4-ü zədəli idisə, digərləri yorğun idilər. Amma bura gələn futbolçularla da meydana qələbə qazanmaq üçün çıxacağıq".

Mançini "Qarabağ"la bağlı da fikir bildirib: "Qarabağ"ı çox bəyənirəm. Sabah azarkeşləri maraqlı mübarizə gözləyir".

Rəqib çalışdırıcı Türkiyədə işləməyinizin "Qarabağ”la oyunda sizin üçün bir üstünlüyü olacaq" sualına belə cavab verib: "Türkiyədə işləməyin elə bir əhəmiyyəti yoxdur. "Qarabağ”ın oyununu təhlil etmişəm. Bura qələbə qazanmağa gəlmişik"

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA