10-12-2014 [11:37]
Niyaz NİFTİYEV
Xoşqədəm Hidayətqızı jurnalistikaya qəzetçilikdən gəlib, bir sıra layihələrə ("Üç nəqtə” qəzeti) imza atıb, sonra televiziyada özünü sınayıb. "Sən tək deyilsən”lə efirə çıxıb, "Səni axtarıram”la teleməkanda qərar tutub. Biz bunu istəsək də, istəməsək də belədir. Təkcə yerli tamaşaçını yox, yaxın-uzaq ölkələrdə az-çox Azərbaycanla bağlılığı olan insanları da tele-körpülər vasitəsi ilə televiziya qarşısında oturtmağı bacarıb. Bu müddətdə müxtəlif tribunalardan Xoşqədəmin "axtarışları”na haqlı və haqsız tənqidi fikir söyləyənlər də olub. Xüsusən də hər bazar efirə çıxan "Səni axtarıram”ın növbəti təqdimatından sonra proqram gedə-gedə sosial şəbəkələrdə onun "qəhramanları”nın müzakirəsi aparılır. Hamı da özünə görə haqlıdır və onların hər birinin fikirlərinə hörmətlə yanaşırıq. Lakin sosial şəbəkələrdə "Səni axtarıram”ın son iki proqramının müzakirələrini saf-çürük edəndə bu layihənin cəmiyyətə həm də faydasından söhbət açıldığının şahidi oluruq. Tamaşaçıların diqqət yetirdiyi nüanslardan ən mühümü də elə "Səni axtarıram”ın "kabinet layihəsi” olmamasıdır. Belə düşünürlər ki, layihənin mənəvi tərəfi qismən də olsa tamaşaçıdan yanadır. Auditoriya və elə layihənin müəllifi əks-qütbdə olanları inandırmağa çalışırlar ki, "Səni axtarıram” vətəndaşın bir zəngi ilə ata-anasını ataraq uzaq ellərdə "bomj” həyatı yaşayan oğulları geri qaytarırsa, bir məktubla satıldıqları ölkələrdə işgəncələrə məruz qalan qızlarımızı bu işgəncələrdən xilas edirsə, əri arvadına, oğulu-qızı atasına, dostu-dosta yaxınlaşdırırsa, Viktoriya Balayanın Zəhra Abdullayeva olduğunu ortaya çıxarırsa, yaxşı, bəs, bunun adı nədir?
Təbii ki, "Səni axtarıram” da qüsursuz deyil. Xüsusən də efirə dəvət olunan ekspertlərin problemə münasibətləri çox zaman tolerant olmur. Əvvəla, heç bir ekspertin açıq efirdən kimisə mühakimə etmək hüququ yoxdur, bu ağsaqqal həkim Rəşid Mahmudov da ola bilər, qarasaqqal jurnalist Seymur Verdizadə də, mühakimə məhkəmənin mövzusudur, bu birmənalıdır. Ekspert bütün hallarda çıxış yolu göstərməlidir. Amma ekspertlər hadisələrə bir çox hallarda soyuq başla yanaşmaq əvəzinə, daha aqressiv davranırlar, bu da yol verilməzdir.
"Səni axtarıram”ı Azərbaycan brendi kimi də təqdim etmək absurddur. Nədən ki, Xoşqədəmdən əvvəl biz oxşar layihələri qonşu Rusiya və Türkiyə TV-lərində müxtəlif formatlarda izləmişik. Xoşqədəm isə bu ideyanı bir az da təkmilləşdirərək milliləşdirib. Hansı ki, elə Azərbaycan teleməkanında başqaları da buna zaman-zaman cəhd edib, amma o layihələr XOŞ QƏDƏMli olmayıb. "Gözümüz yolda – Kimisə axtarırsız?” adlı eyni layihə ilə ANS-də efirə çıxan Ülvira Qarayeva seçiminin uğursuzluğunu qəbul edib, üzüsulu geri çəkilmək məcburiyyətində qalıb.
"Öz aramızda” ölümə doğru…
Əlbəttə, efir məkanındakı bu tendensiya "Səni axtarıram”la yekunlaşmır, bütün kanalların studiyalarında baş verir. Hüquqşünaslar və ekspertlər az qala efiri məhkəmə salonuna çevirirlər. Zaur Baxşəliyevin Şəfiqə Nağıyeva adlı xanım hüquqşünası və Elgizin Mehriban Xanlarova adlı artist eksperti isə bu işin sanki "sərrafi süxənidir”lər.
ATV-nin bir neçə layihəsinin müəllifi Zaur Baxşəliyevi də bu cameədə tanımayan yoxdur. Bunun da səbəbi peşəkarlıq və istedad deyil, sadəcə bütün günü efirdə olmasıdır. Bu kanal, bu adamın müəllifliyi ilə bir damın altında (studiya tərtibatı, musiqilər) eyni problemi (axtarmaq) iki verilişdə tamaşaçıya niyə "yedirdir”? Əgər məqsəd "yesən də budur, yeməsən də” təfəkkürü ilə tamaşaçı ovlayaraq reklam qapazlamaqdırsa, bunu onsuz da digərləri ilə edirsiniz. Yox əgər əlahəzrət tamaşaçının "zövqü” və rəhbərliyin ali iradəsi bir kanalda iki eyni – daha doğrusu birinin digərinin təqlidinə "bə çeşm” deyirsə, onda "toyumuz mübarək!” Bu cür oxşarlıqlar tamaşaçıda da inamsızlıq formalaşdırır, itirən isə layihə müəllifləri olmur, televiziya və cəmiyyət olur. Biri pulunu itirir, digəri isə vətəndaşının zövqünü…
Zaurun digər bir şakəri də ATV-ni klinikaya çevirməsidir. Bu televiziyanın işi deyil axı, sənin işin maarifləndiricidir, bunu bacarmırsansa, güldür — əyləndir. 17 yaşlı Vüsalın ölümü insanları nə qədər üzdü, kədərə boğdu, ailəsini param-parça etdi. Həkim deyir mümkündür, yaxşı bəs mümkün olanı niyə torpağın altına göndərdilər? Bu işi daha professional görmək olardı, əməliyyat riskini nəzər alıb, Vüsalı müxtəlif bəhanələrlə bu yoldan daşındıra, ömrünü 3-4 il uzada bilərdiniz. Təəssüf ki, bu da baş vermədi.
Əlbəttə, imkansıza, xəstəyə əl tutmaq, yardımlaşmaq yaxşı — savab əməldir. Sən yalnız bunu təbliğ etməlisən. "Sağ əlin verdiyini, sol əl bilməməlidir” – bunu yanındakı alnımöhürlü ekspertin Hacı Surxay daha yaxşı bilir. Amma görünür bu "şəbədə”də onun da bir ayrı missiyası var.
Məsələnin digər tərəfi isə bu işin maliyyə tərəfidir. Hansı ki, Zaur ilk növbədə xəstələrinin adına hesab açmalı, efirdən onu elan etməli idi, lakin bunu da etmir. Özünü "dövlətdən ali”, "qayğıkeş”, "daha böyük” göstərməklə "qaz vurub, qazan dolduranda”, efiri bazara çevirəndə, bu Hacıdan 10 min, o Kərbəlayidən 15 min "paket” alıb "Öz aramızda” üyüdəndə tamaşaçı şübhələnməkdə haqlıdır. Bu kimi "yardımlaşma”nın acı təcrübəsini "Space” bizə "Mərhəmət sorağı”nda yaşadıb. Onların aqibətini də hamımız daha yaxşı bilirik…
İndi başqa bir xəbər gəzir ki, manıs Rəqsanə də ATV-də "axtaracaq” — kimi, nəyi, orası hələ bəlli deyil. Ay balam, bu baməzə zənənə deyən yoxdur ki, TV bəyəm sənin üçün naxırçı İmanın fermasıdır? Sən zatən çılpaq fotoların və əndamınla bütün növ medianı onsuz da zəbt etmisən. Sən nəyinki peşəkar televiziyaçı, heç peşəkar manıs da deyiləsən, qazanmağa o qədər "yerin” var ki… Səmərəli istifadə etsən, bir ömür bəsindir.
Amma görünür həmkarlarımız "efir bənzətmələrində” israrlıdırlar. Mətbuatda və cəmiyyətin həyatında mühüm rol oynayan sosial şəbəkələrdə bu qədər tənqid olunmalarına baxmayaraq geri çəkilmək istəmirlər. Həm də bir ailənin tərkibində ola-ola. Bu bilirsiniz təxminən daha çox nəyə bənzəyir: bir evdə beş uşaq böyüyür, beşinin də adı Məmmədhəsən…
Qəzzada məktəb bombalanıb - Yaralılar var
Ceyranbatana gedən nəhəng su kəmərində qəzalı vəziyyət - Günlərdir su sızır, baxan yoxdur (VİDEO)
Türkiyədə 74 nəfər qidadan zəhərlənib - Toyda...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda qətl: 14 yaşlı uşaq 15 yaşlı uşağı öldürüb
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: "Bu, böyük risk yaradır"
Afrikada nazir və məmurların olduğu təyyarə qəzaya uğrayıb - FOTO
"Bir həftədir Londondayam" - Əbülfəs Qarayev
Mətbuat katibi əvvəl vecinə almır, sonra isə... - Baş redaktor yazdı, "bizlik deyil" deyən qurum rəsmisi bu dəfə elə hərəkət etdi ki...
Fərhad Quliyev bu qurumdakı vəzifəsindən də azad edildi
İlham Əliyevdən fərman: Mərkəzi icra hakimiyyəti orqanlarının Əsasnaməsi təsdiqləndi
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
Almaniya neonasistləri axtarır: 535 nəfər gizlənib
Sergen Yalçın əməliyyat olunub
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi - ADY-də maraqlı təyinat oldu (FOTO)
Peskov: "Rusiya NATO ilə müharibə tərəfdarı deyil, ancaq..."
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş..."
Sosial şəbəkədə dələduzluq - Yüzlərlə şəxsi aldadanlar tutulub
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır, reanimasiyadadır"
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi - Səbəb
SABİQ NAZİRİN OĞLUNUN MOSKVADAKI BİZNESİ: 16 milyon zərər var
"Qarabağ" azarkeşlərə müraciət edib
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ - İH-də dava + FOTO
"O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə..." - Rəşad Məcid yeni foto yaydı
AVP-dan istefalar başlayıb: 44 nəfər üzvlükdən çıxmaq üçün ərizə yazıb - Elçin Ağamalı məhkəməyə hazırlaşır
Xidməti otaqda intim oyunlar - Polkovnik azadlığa çıxdı
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı - Açıqlama yayıldı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub - FOTOLAR
AGENTLİK İŞÇİSİ MİNAYA DÜŞDÜ - Ermənistanla sərhəddə
İlham Əliyevin UzA-ya müsahibəsi: Türk dünyasında yeni strateji müttəfiqlik erası - Deputat yazır
Müğənni: "Manaf Ağayev də videonu sildirib"
İran süni yağış yağdırır - Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb
Türklərin 36 faizi heç bir partiyaya inanmır - SORĞU
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq