"Qarabağ"ın kassasına nə qədər pul axacaq?

img

09-12-2014 [23:29]


Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "İnter"lə qarşılaşacaq "Qarabağ" klubu büdcəsini daha da zənginləşdirə bilər.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi İtaliya klubu ilə heç-heçə edəcəyi təqdirdə 100 min avro, qalib gələcəyi halda isə 200 min avro qazanacaq.

Qurban Qurbanovun komandası "İnter"lə görüşdə qələbə qazanmaqla qrup ikincisi kimi turnirin 1/16 final mərhələsinə vəsiqəni təmin edəcək. Bu qələbəyə görə 200 min avro qazanacaq "Qarabağ" klubu 1/16 final mərhələsindəki iştirakına görə də büdcəsini əlavə 200 min avro zənginləşdirəcək.

Ümumilikdə Avropa Liqasının 1/8 finalında oynayan 350 min avro, 1/4 finala yüksələn komanda isə 450 min avro gəlir əldə edəcək. Yarımfinalçı 1 milyon avro, finalçı isə 2,5 milyon avro ilə mükafatlandırılacaq. Avropa Liqasının qalibinə 5 milyon avro mükafat veriləcək.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsində hər qələbəyə 200 min avro, heç-heçəyə isə 100 min avro pul mükafatı ayrılıb. Aktivində 5 xalı olan "Qarabağ" klubu keçirdiyi 5 turun nəticəsinə görə (bir qələbə, iki heç-heçə) 400 min avro gəlir əldə edib. 
 
«Qarabağ» - «İnter» oyunu dekabrın 11-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA