"Yeni Müsavat"ın əməkdaşları prokurorluğa çağırıldı - Yenilənib

img

09-12-2014 [22:10]


"Yeni Müsavat" qəzetinin əməkdaşları Sevinc Telmanqızı və Emil Salamoğlu Bakı şəhər Prokurorluğuna çağırılıblar.

Emil Salamoğlu lent.az-a açıqlamasında deyib ki, onu Bakı şəhər prokurorunun müavini Azər Əsgərov qəbul edib: "Tural Mustafayevlə bağlı mənim aldığım müsahibədə istintaq sirrini yaydığıma görə mənə xəbərdarlıq olundu. 

Mən də onların diqqətinə çatdırdım ki, "KİV haqqında” qanuna əsasən, jurnalistin məlumat əldə etmək və yaymaq hüququ var. İstintaq sirri barədə qarşı tərəf fikirləşməli idi. Mənə istintaqın gedişinə mane olacaq materiallarla bağlı gələcəkdə diqqətli olmaq tapşırıldı”.

Sevinc Telmanqızı isə lent.az-a açıqlamasında bildirib ki, o, Bakı şəhər Prokurorluğuna çağırılsa da, getməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA