“Zaurun verilişinə lüt gedəcəyəm”-Xatirədən şok mesaj

img

09-12-2014 [12:19]


Müğənni Xatirə İslam lütlənməyə hazırlaşır. Tabloid.az xəbər verir ki, kobud üslubu ilə tanınan Xatirə İslam izləyicilərini yenidən hədəf alıb. Özünün "İnstagram” səhifəsində paylaşdığı şəklə izləyicilərinin münasibətindən əsəbiləşən Xatirə özündən elə çıxıb ki, bu gedişlə, tezliklə lüt soyunacaq.

Xatirə yazır: "Bəzi adamcıqlar mənim profilimə "Bugünkü geyimindən utan. Ərin hara baxır”, - yazırlar. Onlara mənim ərim lazımdır yəqin. Bir də ki, yazın görüm, bu geyimdə pis nəsə var ki? Bəyəm siz lüt olanlara qiymət verənlər deyilsinizmi? O zaman yazmazdan öncə düşünün. Sözlərim hamıya aid deyil! Nə geyinmişəm, əcəb eləmişəm, əlimin içindən gəlib. Hələ sabah da Zaurun qonağıyam. Bəlkə lüt getdim”.

Digər xəbərlər
SON XƏBƏRLƏR