Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib

img

08-12-2014 [16:49]


Azərbaycanda daha bir jurnalistin həbsiylə bağlı məhəməyə müraciət olunub.

Bu barədə açıqlamanı həbs edilməsi istənilən "Yeni Çağ” (yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgər verib. 

Baş redaktor Azərbaycan Dövlət Neft Şirkəti ilə "Çağ Öyrətim” tərəfindən məhkəməyə verildiyini bildirib:

"Azərbaycan Dövlət Neft Şirkəti və "Çağ Öyrətim” eyni anda məni məhkəməyə veriblər. Və çox maraqlıdır ki, məhkəməyə verilməyimi sırf təsadüf nəticəsində, yəni Səbael rayon məhkəməsinin internet saytına daxil olaraq, başqa bir məlumat almaq istədiyim zaman xəbər tuturam. Deməli, hazırlıq və baxış keçirildiyi halda, mən bu barədə nə rəsmi, nə də şifahi məlumatlandırılmışam. Halbuki, mənim bütün koordinatlarım saytımızda var və bu ölkədə ən asan tapılacaq adamlardan biriyəm. Görünür, məhkəmə mənimlə əlaqə yaratmağa cəhd etmədən, haqqımda qərar çıxarmaq və məni susdurmaq istəyirlər".

Baş redaktor bildirib ki, o, vaxtı ilə Fətullah Gülənlə bağlı yazılar hazırlanərkən, "Çağ Öyrətim”in vəkilinə cavab məktubu göndərəcəkləri təqdirdə, dərc edə biləcəyini də deyib: "Lakin görünür, onlar mənim həbs olunmağımda, "Yeni Çağ”ın isə bağlanmasında qərarlıdırlar”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA