Dillər Universitetinin mətbuat xidmətinin rəhbərinə vəzifə verildi - TƏYİNAT

img

08-12-2014 [12:49]


Bakı Ali Neft Məktəbində yeni təyinat olub. Jurnalistlərin yaxşı tanıdığı Zeynab Kazımova Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Z.Kazımova bu təyinatadək Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri (mətbuat katibi) olub.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəisi Kəmalə Paşayeva təhsilini doktorantura pilləsində davam etdirmək üçün Türkiyəyə gedib.

Zeynab Kazımova Modern.az-a bildirib ki, o, artıq Bakı Ali Neft Məktəbindəki yeni işinə başlayıb.

Z.Kazımov 1994-1998-ci illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq jurnalistika üzrə bakalavr təhsili alıb. 1999-2001-ci illərdə isə beynəlxalq jurnalistika üzrə magistraturanı oxuyub.
2007-ci ildən Azərbaycanda yeganə fransızdilli mətbu orqan olan "Le Carrefour” qəzetinin baş redaktorudur.
2008-ci ildən indiyədək Azərbaycan Dillər Universiteti İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Bu gündən rəsmən Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinin icrasına başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR