"İmkanlardan istifadə etmək mümkün olmadı"

img

07-12-2014 [17:44]


"Yaxşı oyun alındı. Hər iki komanda intizamlı oyun sərgilədi. Sona qədər sakit çıxış edən futbolçularımdan razı qaldım. Qarşıda bizi "İnter”lə matç gözləyir. Futbolçuları bu qarşılaşmaya hazırlamağa çalışacağıq”

Mia.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Neftçi” ilə oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

Oyunun nticəsini ədalətli hesab edən Qurbanov futbolçularından razı qaldığını bildirib: "Neftçi” ilə oyunda 1 xal qazandıq. Hər bir futbolçu tapşırıqları yerinə yetirdi. Qol imkanları yaratdıq. Sadəcə, imkanlardan istifadə etmək mümkün olmadı. Rəqibi də nəzərə almaq lazımdır. "Neftçi” sıradan bir rəqib deyil. Düşünürəm ki, oyunu istədiyimiz kimi sona çatdırmaq üçün daha təmkinli olmalıyıq”.

Q.Qurbanov matç zamanı zədələnən Bədavi Hüseynovun durumu haqda da məlumat verib:  "Bədavi Hüseynovun ayağı şişib. Yəqin ki, "İnter”lə oyuna qədər düzələcək

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA