Günel Sərdarqızı: “...heç kimə etibar etmirəm”

img

06-12-2014 [14:18]


Tanınmış bəstəkar və söz yazarı Günel Sərdarqızının yeni üç mahnısı dinləyicilərin ixtiyarına veriləcək. 

Bu barədə bəstəkar Mia.az-a  açıqlamasında bildirib.

Müsahibimiz deyib ki, mahnılar  "Çapkın kelebek”, "Yok öyle dünya”, "Təcrübə” adlanır. Hitlər Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimovanın elə qardaş ölkədə çıxan  musiqi albomunda yer alıb: "İradənin həmin albomundakı mahnıları onun çalışdığı tanınmış əcnəbi şirkətin musiqi prodüserləri seçib. Mənim kimi, bir çox azərbaycanlı bəstəkarlar həmin alboma daxil olmaq üçün mahnılar yollayıblar. Lakin çox sevindirici haldır ki, məhz mənim üç mahnım üzərində dayanılıb”. 

Qeyd edək ki, İ. İradənin həmin albomuna G. Sərdarqızı ilə  yanaşı məşhur türkiyəli müğənni və bəstəkar Sərdar Ortaç və Şəhrazatın mahnıları da  daxil edilib. "Çapkın kelebek” mahnısının sözləri Günay Çoban, "Yok öyle dünya” və  "Təcrübə”nin sözləri isə elə bəstəkarn özünə məxsusdur:
"Bəstələdiyim mahnıların sözlərini heç kimə etibar etmirəm. Əsasən  özüm yazıram. Lakin "Çapkın kelebek”in sözləri Günay Çobana həvalə edildi. G.Çoban Türkiyədə bir çox müğənnilərin məşhur mahnılarına söz yazıb. Elə bunlardan Tarkanın "Kayıp”, Özcan Denizin "Nasip deyilmiş”  mahnılarını misal göstərmək kifayət edər”.

Xatırladaq ki, G. Sərdarqızının son yaradıcı işləri sırasına Elnarənin ifasında "Gentleman”, "Robot”, "Ha ha”, son günlərin ən çox dinlənilən  "Dayan” hiti, Lətifə Soyuözün ifasında "Hədəf”, "Çanta”, "Canın sağ olsun” mahnıları daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR