Xədicəni tutduranın sabiq nişanlısı danışdı: "Psixoloji problemləri..."

img

06-12-2014 [13:20]


"Ailəm və dostlarım da təsdiqləyə bilər ki, bu ilin oktyabrında Turalla nişanımız pozulub. Buna səbəb də yalnız onun psixoloji problemlərinin olmasıdır”. 

Bu sözləri Meydan TV-yə intihara cəhd etdiyi bildirilən jurnalist Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli deyib.

Onun sözlərinə görə, nişanlısının tez-tez depressiyaya düşməsi, aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb: "Bir dəqiqənin içində halı dəyişirdi. Tanımaq olmurdu. Bu hallarına dözə bilməyib nişanı qaytardım. Hətta özü də Meydan Tv-yə açıqlamasında deyib, bir müddət əvvəl Maştağadakı 1 saylı ruhi dispanserdə müalicə almışdı. Mütəmadi olaraq antidepressiv dərmanlar atır”.

Tural Mustafayevin intihara cəhdinin səbəbləri araşdırılır. Araşdırmaçı jurnalist Xədicə İsmayıl CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə təqsirli bilinir. Dekabrın 5-də Səbail rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA