Xədicə İsmayıl həbs olundu - Yenilənib

img

05-12-2014 [19:13]


Saat 19 radələrində daxil olan məlumatda bildirilib ki, artıq X.İsmayıl haqqında 2 aylıq həbs qətiimkan tədbiri seçilib.

Xədicə İsmayıla qarşı CM-nin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu gün səhər X.İsmayıl prokurorluğa intihara cəhd göstərmiş jurnalist Tural Mustafayevin işi üzrə çağırılmışdı.

***

"Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb.

Məlumatda deyilir ki, təqdimata Sabayel Rayon Məhkəməsində baxılacaq. Artıq Xədicə İsmayıl məhkəməyə aparılıb.

Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edir.

Xədicə İsmayıl ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR