Media kapitanları toplandı - FOTOLAR

img

05-12-2014 [12:48]


Bu gün Mətbuat Şurası (MŞ) media kapitanlarını bir araya toplayaraq "İnformasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” adlı tədbir keçirib. 


Musavat.com-un məlumatına görə, tədbirdə ölkənin aparıcı kütləvi-informasiya vasitələrinin rəhbərləri, həmçinin Prezident Adminstrasiyasının və Müdafiə Nazirliyinin təmsilçiləri iştirak edib. 

MŞ sədri Əflatun Amaşov çıxışında bildirib ki, tədbir Prezident Adminstrasiyası və Müdafiə Nazirliyi ilə birgə keçirilir. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd bu ilin avqustunda cəbhə xəttində baş verən əməliyyatlar zamanı mediada yayılan məlumatlarla bağlı yaranmış durumu bir daha müzakirə etməkdir. O bildirib ki, bu hadisədən sonra dövlət başçısı İlham Əliyev 24 sentyabr tarixində 742 saylı sərəncam verib və aidiyyatı qurumlar bu sərəncamdan irəli gələn məsələləri yerinə yetirirlər. Keçirilən tədbir də həmin yöndə aparılan işlərdəndir. Ə.Amaşov qeyd edib ki, medianın həmin hərbi əməliyyatlar zamanı sərgilədiyi mövqe o qədər də aydın və balanslı olmayıb.

Prezident Adminstrasiyasının təmsilçisi Vüqar Əliyev isə qeyd edib ki, bir müddət əvvəl erməni diversiya qrupunun törətdiyi təxribatlar, işğal altındakı ərazilərimizdə keçiridiyi hərbi təlimlər, hərbi vertolyotun vurulması və sair məsələlərdə ermənilər məqsədyönlü şəkildə informasiya müharibəsi də aparırlar. Onun sözlərinə görə, həmin olaylar zamanı mediada yayılan xəbərlər açıq şəkildə göstərdi ki, erməni resursları kifayət qədər məqsədyönlü şəkildə informasiya siyasəti həyata keçirirlər. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və bu səbəbdən növbəti təxribatlar törədəcəyinin istisna olunmadığını bildirən V.Əliyev, medianın bu kimi məsələlərdə diqqətli davranmasının vacib olduğunu vurğulayıb.

V.Əliyev qeyd edib ki, avqustda baş verən hərbi əməliyyatlar zamanı Azərbaycanın bəzi kütləvi informasiya vasitələri peşəkarlıq nümayiş etdirə bilməyib, həmçinin ermənilərin maraqlarına uyğun fəaliyyət göstəriblər. 












Digər xəbərlər
SON XƏBƏRLƏR