Prosineçkinın köməkçiləri təyin olundu

img

05-12-2014 [11:42]


Azərbaycan millisində çalışacaq məşqçilər korpusunun tam tərkibi müəyyənləşib.

Mia.az-ın "Apasport.az”a istinadən verdiyi məlumatına görə, yığmamızın yeni baş məşqçisi Robert Prosineçkiyə kömək edəcək 6-cı çalışdırıcı Yanko Yankoviç olacaq. 51 yaşlı çalışdırıcı daha çox futbolçu karyerası ilə tanınır. Xorvatiya millisində 2 matç keçirən hücumçu İspaniyada "Valyadolid”, "Ovyedo” və "Herkules”də üst-üstə 9 il çıxış edib.

O, Türkiyənin "Kayserispor” klubunda da Prosineçkinin köməkçiləri olan Qordan Çipriç və Draqan Spasiçlə birlikdə mütəxəssisin yığmamızın əcnəbi yardımçılarını təşkil edəcək.

Qeyd edək ki, 3 yerli və 3 əcnəbi ilə çalışacaq Prosineçkiyə yerli məşqçilərdən Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizov da kömək edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA