UEFA-dan Rusiyaya qadağa gəldi

img

05-12-2014 [09:41]


UEFA Ukraynadan ayrılaraq Rusiyaya birləşdirilən Krım vilayətinin futbol komandaları haqda qərarını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən iclasda UEFA Krıma aid "Sevastopol", "Jemçujina" (Yalta) və "Tavriya" (Simferopol) klublarının 2015-ci il yanvarın 1-dən Rusiya Futbol Federasiyası tərəfindən təşkil olunacaq turnirlərdə iştirakına qadağa qoyub.

Üstəlik Rusiya Futbol Federasiyası Krımda hər hansı bir futbol turniri də təşkil edə bilməyəcək. UEFA Krımda futbolun inkişafı üçün adı çəkilən bölgəyə maliyyə yardımı göstərəcəyini açıqlayıb.

Qeyd edək ki, Rusiya Futbol Federasiyası Krımın işğalından sonra adı çəkilən 3 komandanı öz çempionatlarına daxil edəcəyini bildirmişdi. Ukrayna Futbol Federasiyası isə öz bölgəsi hesab etdiyi ərazidə Rusiyanın belə hüquqa sahib olmadığını bildirərək UEFA-ua etiraz etmişdi. 
 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA