Ayağına batan taxta tilişkəsindən xəbəri olmadı..." - Gənc müğənni əməliyyat olundu

img

05-12-2014 [09:17]


Müğənni Yaşar Cəlilov Elmi -Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xəstəxanasında ayağından əməliyyatı olunub. 

Müğənni Mia.az-a bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Yaydan bəri ayağımda narahatlıq hiss edirdim, rahat yeriyə bilmirdim, ayağımı yerə çətinliklə basırdım. Ağrı get-gedə güclənirdi, amma fikir vermirdim. Son vaxtlar isə demək olar ki, addımlamağım çətinləşdi. Həkimə müraciət etdim. Müayinədən sonra ayağımın iltihab etdiyi müəyyən olundu. Dərhal cərrahiyyə edildi. Sən demə, nə vaxtsa, ayağıma taxta tilişkəsi girib, mən də fikir vermədikcə ciddi ağrılara və iltihaba
 səbəb olub. Əməliyyat uğurla keçdi. Bir neçə tikiş qoyuldu".

Digər xəbərlər
SON XƏBƏRLƏR