2014-cü ilin rəmzi komandasının 15 ən yaxşı hücumçu - SİYAHI

img

01-12-2014 [23:21]


FİFA və Beynəlxalq Peşəkar Futbolçular Birliyi (FIFPro) 2014-cü ilin rəmzi komandası üçün 15 ən yaxşı hücumçunun adını açıqlayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, siyahıda ən çox "Real", "Barselona", "Bavariya" futbolçuları (3) yer alıb.

15 hücumçudan 3-ü rəmzi komandada olacaq. Ən yaxşılar isə  60 minə yaxın peşkar futbolçunun səsi ilə müəyyənləşəcək.

Siyahıya daxil olan hücumçular aşağıda adları qeyd olunanlardır:

Serxio Aquero (Argentina, "Mançester Siti"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Dieqo Kosta (İspaniya, "Çelsi"), Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Robert Levandovski (Polşa, "Bavariya"), Lionel Messi (Argentina, "Barselona"), Tomas Müller (Almaniya, "Bavariya"), Neymar (Braziliya, "Barselona"), Marko Roys (Almaniya, "Borussiya"), Aryen Robben (Hollandiya, "Bavariya"), Frank Riberi (Fransa, "Bavariya"), Ueyn Runi (İngiltərə, "Mançester Yunayted"), Luis Suares (Uruqvay, "Barselona")

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA