"Qalatasaray" 6 aylıq yeni hocasını təqdim etdi

img

01-12-2014 [18:09]


"Qalatasaray" klubu yeni baş məşqçisi Həmzə Həmzəoğlunu rəsmən ictimaiyyətə təqdim edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, H.Həmzəoğlu "Qalatasaray"la 2015-ci ilin may ayına qədər, yəni cəmi 6 aylıq müqavilə imzalayıb.

"İlk öncə yuvam deyə biləcəyim yerdəyəm. Yenidən burada olduğum üçün xoşbəxtəm. Mənə dəstək olduqları üçün Yıldırım Dəmirörən və Fatih Terimə təşəkkür edirəm. Müqaviləm may ayına qədərdir. 10 illik müqaviləyə ehtiyacım yoxdur. Əgər uğursuzluq olarsa, gedəcəyik" - deyə türkiyəli mütəxəssis bildirib.

Qeyd edək ki, Həmzə Həmzəoğlu "Qalatasaray"ın baş məşqçi vəzifəsində bir müddət öncə istefaya göndərilən Çezare Prandellini əvəzləyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA