Sabiq deputat keçmiş həyat yoldaşına yenə uduzdu

img

01-12-2014 [17:36]


Hazırda Milli Şuranın üzvü olan keçmiş deputat Gültəkin Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyevə qarşı iddiası təin olunmayıb.

Bu barədə M.Mehdiyev məlumat verib.

Mahmud Mehdiyevin sözlərinə görə, keçmiş həyat yoldaşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verib: "Gültəkin Hacıbəyli ötən il mayın 17-də keçirdiyim mətbuat konfransında onu təhqir etdiyimi iddia edərək mənim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmağımı istəyirdi”.

M.Mahmudov qeyd etdi ki, məhkəmənin qərarı ona bu gün təqdim edilib: "İddiaya Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. Məhkəmə qarşı tərəfin təqdim etdiyi sübutlarda 147.1, 147.2 və 148-ci maddələr üzrə ittihamlar olmadığından mənə bəraət verib”.

Xatırladaq ki, Gültəkin Hacıbəyli eyni iddia ilə ötən ilin oktyabrında Yasamal Rayon Məhkəməsinə də müraciət etmişdi. Hakim Fuad Babayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında G.Hacıbəylinin şikayəti araşdırılaraq dəlil yetərsizliyindən rədd edilmişdi.

Apelyasiya Məhkəməsində isə hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdı.

M.Mehdiyev onu da dedi ki, G.Hacıbəyli məhkəmə iclasında haqqin.az saytını və onun rəhbəri Eynulla Fətullayevi məhkəməyə verməklə də hədələyib/virtualaz.org/. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA