01-12-2014 [16:16]
Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bəzi deputatların icra hakimiyyəti sistemində işləməsi, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olması ilə bağlı müvafiq qanuni tədbirlərin görülməsi üçün MSK-ya 3 dəfə məktubla müraciət etmişdi. MSK bu məktubların heç birinə cavab vermədiyindən İ.İsmayılov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sorğularına cavab verilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması barədə məhkəmənin qərar çıxarmasını xahiş etmişdi.
Modern.az-ın məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi partiya sədrinin iddia ərizəsi ilə bağlı 8 dəfə iclas keçirərək işə baxdıqdan sonra birdən-birə, heç bir əsas olmadan sentyabrın 16-da bu işin onun səlahiyyətinə aid olmadığı barədə qərardad qəbul edib.
Ədalət Partiyasının sədri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bu qərardadından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək onun qərardadının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını istəmişdi. İddia ərizəsində məhkəmənin qərardadının Azərbaycan Konstitusiyası, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanunlara zidd olduğu göstərilib. MSK-nın qüvvədə olan bir çox qanunvericilik aktları ilə bilavasitə inzibati orqan kimi nəzərdə tutulduğundan, onun qərarından və ya hərəkətindən, eləcə də hərəkətsizliyindən inzibati-iqtisadi məhkəməyə şikayət verilməsinin mümkünlüyünün təsbit edildiyi əsaslandırılıb.
Bu günlərdə İ.İsmayılovun şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası onun təmin edilməsi barədə qərar qəbul edib. Qərarda deyilir ki, birinci instansiya məhkəməsinin qərardadı həm faktiki, həm də hüquq normalarının tətbiqi baxımından düzgün olmadığı üçün ləğv edilməli, iş həmin məhkəməyə göndərilməlidir.
Beləliklə, deputat mandatı ilə bir araya sığmayan vəzifəli şəxslərin barəsində qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı məhkəmə çəkişməsi davam edəcək.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək