01-12-2014 [15:06]
Mia.az Avtosfer.az-a istinadən xəbər verir ki, Lənkəranda toy karvanına başçılıq edən «VAZ-2107» markalı, 90 MZ 703 dövlət nömrə nişanlı avtomobilin bütün şüşələri plyonka ilə tündləşdirilib və avtomobilin salonu görünmür. Onu müşaiyət edən avtomobillərin də əksəriyyəti «VAZ» markalıdır və əksəriyyətinin də üzərində «taksi» nişanı var. Amma bu maşınları idarə edənlər yolda elə oyunlardan çıxırlar ki, onların «taksi» nişanı ilə «avtoş»luğu gizlətməyə çalışdığını anlamaq çətin deyil. Təxminən 20-dən artıq avtomobilin Lənkəran şəhərinin mərkəzi küçələri ilə təhlükəli hərəkətlər etməsi, qarşı yola çıxması, qəza şəraiti yaratması, təhlükəli manevrlər etməsi az sonra şəhərin mərkəzindəki dairədə də davam edir. Özü də burada 4 Yol-Patrul Xidməti avtomobili də var.
DYP əməkdaşları onların gözü qarşısında hər cür oyundan çıxan sürücülərin hərəkətlərini əvvəlcə sakit qarşılayır. Sonra DYP maşınlarının bir neçəsi də toy karvanına qoşulur. İlk olaraq 10 YP 650 dövlət nömrə nişanlı DYP avtomobili «avtoş»ların arasında görünür. Bir qədər getdikdən sonra DYP əməkdaşları karvanın yarısını saxlayır. Bu zaman hətta «avtoş»lardan biri yol polisi avtomobilinin qarşısını kəsir. Sonra hərəkət yenidən davam edir və «avtoş»lar elə DYP-nin gözü qarşısında öz əməllərini təkrar edirlər.
Bu videoda ən maraqlı məqam odur ki, 10 YP 967 dövlət nömrə nişanlı DYP avtomobili 90 MZ 703 nömrəli avtomobillə yan-yana dayanır. «07»nin sürücüsü pəncərədən DYP əməkdaşına sənəd və pul uzadır. DYP əməkdaşı sürücünün verdiklərini alır, amma az sonra nə fikirləşirsə, geri qaytarır. Sürücü yenidən polisə nəsə uzadır. Bu dəfə qəbul olunmur.
Sonrakı kadlardan görünür ki, 10 YP 260 dövlət nömrə nişanlı DYP avtomobili də «avtoş»larla biryerdə hərəkət edir. Amma toy karvanını dayandırmırlar. Onlar hətta şəhərin mərkəzindəki dairədə əməlli-başlı şou göstərirlər.
Ən biabırçı məqam odur ki, DYP-nin bu hərəkəti və ya acizliyi ətrafdakı insanlar və karvandakı sürücülər tərəfindən gülüşlə qarşılanır. Onlar sanki DYP-ni ələ saldıqlarını düşünərək bundan zövq alırlar.
Nədənsə, son vaxtlar bölgələrdə, xüsusən də cənub bölgəsində toy karvanlarında bu cür təhlükəli oyunlardan çıxanlar çoxalır. Qəribəsi də budur ki, toy qalır bir kənarda, toy karvanında oyun çıxaran sürücülər özlərini reklam etmək üçün bu kadrları montaj edib bəzəyirlər və sosial şəbəkələrdə yayırlar. Hər halda, bu, heç də normal hal deyil. Və inanmaq istərdik ki, DYP-ni ələ salıb onların qarşısında hoqqabazlıq edən bu sürücülər artıq cəzalandırılıb.
DYP yaxasını kənara çəkib deməsin ki, qayda pozanlar çox idi, polis az, onlara o anda heç nə etmək olmazdı. Əslində, nə lazım idisə o anda etmək olarda. Lənkəranda post-patrul xidməti var, mühafizə polis idə yəqin ki, var. Yol polisi onların köməyindən istifadə edib bu cür harınlamış sürücüləri elə bir saatın içərisində lazımi qaydada cəzalandıra bilərdi. Polisin bu məsələdə susqun dayanması bir qədər təəccüblü göründü. Bəlkə, polisin o sürücülərdən asılacağı, çəkinəcəyi var? Əlbəttə, ola bilsin ki, bütün bölgələrdə olduğu kimi, burada da polislər həmyerli məsələni düşünüblər, «toy karvanını saxlasam el-oba nə deyər» düşüncəsi ilə hərəkət ediblər. Amma cənablar, görün vəziyyət hansı həddə çatıb ki, «avtoş» yol polisinin qarşısını kəsir.
Sürücülərə gəldikdə isə yəqin ki, onların əksəriyyəti sürdükləri maşını kreditə götürüblər. Kadrlardan da görünür ki, əksəriyyəti taksi sürücüsüdür. Onlar DYP-in gözü qarşısında heç nədən çəkinmədən təhlükəli hərəkətləri dəfələrlə təkrar edirlər. Adama deyərlər, ay kasıb, niyə boyundan hündürə tullanırsan? Nəyin artıq düşüb? Yollarda baş verən bu qədər qəza, ölən, yaralanan sənə çatmır? Başa düşürük, toy günüdür, şənlənmək lazımdır. Amma sizinki şənlənmək yox, xuliqanlıqdır.
Adınız üstünüzdədir – avtoxuliqan...
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi