"Qalatasaray”ın yeni məşqçisi açıqlandı

img

28-11-2014 [19:43]


Qalatasaray” klubu italiyalı baş məşqçi Çezare Prandelli ilə müqavilənin ləğv olunduğunu rəsmən açıqlayıb.

Klubun rəsmi nümayəndəsi Əli Dürüst Ç. Prandellinin müqaviləsini ləğv etdiklərini bildirib.

Ə. Dürüst yeni baş məşqçinin adını da açıqlayıb. O, Türkiyə milli komandasının baş məşqçi köməkçisi Hamza Hamzaoğlu ilə anlaşdıqlarını bəyan edib. Hələlik H. Hamzaoğlu ilə rəsmi müqavilə imzalanmasa da, onun bu mövsümün sonuna qədər komandanı çalışdıracağı və uğurlu nəticə əldə edərsə, vəzifəsində qalacağı xəbər verilir.    

Qeyd edək ki, H. Hamzaoğlu keçmiş futbolçudur və 1991-1995-ci illərdə "Qalatasaray”ın heyətində çıxış edib. Baş məşqçi kimi "Malatyaspor”, "Eyüpspor”, "Dənizlispor” və "Akhisar Bələdiyyəspor” komandalarını çalışdırıb. (apa)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA