Oqtay Əsədovdan Avropa Parlamentinin sədrinə ittiham

img

28-11-2014 [12:33]


"İlk növbədə Avropa İttifaqının daxilindəki ölkəyə, onlardakı diskriminasiyaya baxsınlar, sonra başqa ölkələrin daxili işlərinə qarışsınlar”.

Bunu Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov Avropa Parlamentinin sədri Martin Şultsun Azərbaycanı tənqid etməsinə münasibət bildirərkən deyib.

Parlament sədri bildirib ki, onlar Azərbaycanla bağlı bütün məsələlərə münasibət bildirirlər: "Onların məgər başqa işləri-gücləri yoxdur?! Artıq açıq şəkildə yalan danışmağa başlayırlar”.

Spiker onu da qeyd edib ki, Azərbaycan Avropa Parlamenti ilə yaxşı əlaqələr qurmağa çalışır, lakin bəzən qarşı tərəf buna imkan vermir.
Avropa Parlamentinin sədri Martin Şults Azərbaycanda insan haqları ilə bağlı tənqidi fikirlər səsləndirib(modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA